AZ

İddialara görə, Putinin strategiyası bir ipdən asılıdır..?

...Artıq məlum olduğu kimi, Suriyada üsyandan sonra Bəşər Əsəd rejimi devrildi.

...Və Bəşərlə birgə rus kontingenti də ölkədən qaçmaq məcburiyyətində qaldı. Tə bii ki, indi rusların Afrikaya təsir göstərməsi üçün lazım olan əsas Xmeymim hava bazası təhlükə altındadır.

SİA-nın məlumatına görə, bu barədə Bloomberg-in jurnalistləri Saymon Marks və Katarina Hoye danışaraq qeyd ediblər ki, ruslar məhz bu bazadan Mali, Burkina Faso və Nigerə hərbi personal və yük göndərirdilər. Onlar bir vaxtlar, xüsusən də Mərkəzi Afrika Respublikası və Sudanda öz təsirlərini belə bərpa edə biliblər.

...Hava bazası təhlükə altında olduğu üçün ruslar indi Afrika qitəsində əməliyyatlarını dəstəkləyən bütün sistemi yenidən qurmalı ola bilərlər.

Məsələ bundadır ki, ABŞ-a məxsus Maxar-ın peyk görüntüləri Xmeymində rusların təyyarə, helikopter və texnikasının qaldığını göstərir. Ancaq gəmilərin çoxu və iki freqat artıq oranı tərk edib.

Liviyanın “Sadeq Institute” analitik mərkəzinin direktoru Anas əl-Qomati bildirib ki, Rusiyanın Aralıq dənizi və Afrikadakı bütün əməliyyat strategiyası ipdən asılı qalıb. Qeyd edilməlidir ki, rusların Liviyada daha 4 hava bazası var, lakin onlar Moskvaya uçuşlar üçün çox uzaqda yerləşirlər. Bundan əlavə, Avropada hava məkanının məhdudlaşdırılması da öz təsirini göstərir.

Maraqlıdır ki, rusiyalı analitiklər də Bloomberg-ə təsdiq ediblər ki, Xmeymim vasitəsilə tədarüklər Mərkəzi Afrika Respublikası kimi limansız bir ölkə üçün xüsusilə vacibdir. Qondarma Niger hökuməti jurnalistləri əmin edib ki, Əsədin devrilməsi Rusiya ilə münasibətləri dəyişməyəcək. Məsələn Rusiya başqa, deyək ki, Türkiyə vasitəsilə də yollartapmaq iqtidarındadır(?).

Deyilənlərə görə, Ankara Rusiyadan Liviyaya gedən bəzi yük təyyarələrinin ölkə ərazisindən keçməsinə icazə verib. Buna baxmayaraq, Afrikada dövlətlərin maraqları fərqlidir, ona görə də Vladimir Putin üçün təsir şəbəkəsini saxlamaq çətin olacaq. Əsədin devrilməsi onun bu qitədəki hərbi əməliyyatlarını ciddi şəkildə çətinləşdirəcək.

...Rusiya Afrikaya tədarük marşrutlarını saxlamaq üçün “B planı” tapacaq, məsələn, Liviyanı daşıma məntəqəsi və ya Kamerun, eləcə də Konqo-Brazzavil limanları kimi istifadə edəcək.

Amma bunun Mərkəzi Afrika Respublikası üçün heç bir nəticəsi olmayacaq.

İddialara görə, bunu Mərkəzi Afrika Respublikası Prezidentinin müşaviri Fidel Quanjika bildirib.

...Yeri gəlmişkən, RusiyaSudanda 20 aydır davam edən vətəndaş müharibəsində də mühüm rol oynayıb. Belə ki, Kreml son vaxtlar üsyançılara qarşı mübarizədə ölkə ordusuna dəstək verib. O, rusların logistika şəbəkəsini nəzəri cəhətdən genişləndirəcək çoxdankı arzusu olan Qırmızı dəniz sahilində baza yaratmağa davam edir.

...Amma bütün bunlara baxmayaraq, Rusiya Afrikadakı mövcudluğunu azaltmalı olacaq və bu, daha bahalı olacaq.

Bunu analitik Ulf Lessing bildirib.

...Və bu arada, SİA-nın da bir müddət əvvəl yazdığı kimi, Rusiya Suriya üsyançılarını öz hərbi bazalarını saxlamağa razı salmağa çalışır.

Belə ki, danışıqlar Əsəd rejiminin süqutundan sonra başlayıb. ...Məlumdur ki, ruslar həqiqətən də Xmeymim aviabazasına və Tartusdakı dəniz bazasına ehtiyac duyurlar.

Əli Babayev

Seçilən
50
sia.az

1Mənbələr