AZ

İngiltərə klubu baş məşqçini istefaya göndərdi

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

Bizim.Media xəbər verir ki, "Vulverhempton" Qari Onillə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ingilis mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qari Onil 2023-cü ilin avqust ayında "Vulverhempton"un baş məşqçisi təyin olunmuşdu. "Canavarlar" Premyer Liqada 16 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

phrase_var_article.chosen
15
1
bizim.media

2phrase_var_article.sources