AZ

AB Suriyaya sanksiyanın ləğvi üçün şərtlərini açıqladı

Yeni hakimiyyət orqanları dini ekstremizmin kökünü kəsməyənə və azlıqların və qadınların hüquqlarının qorunmasını təmin etməyənə qədər AB Suriyaya qarşı sanksiyaları ləğv etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri AB diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

Kallasın sözlərinə görə, AB Suriyaya humanitar yardım göstərən ən böyük donordur:

“Daha nə edə biləcəyimizi müzakirə etməliyik. Suriyanın yeni müvəqqəti hökuməti müsbət siqnallar verdi, lakin bu, kifayət deyil”.

phrase_var_article.chosen
31
axar.az

1phrase_var_article.sources