AZ

Almaniyada kanslerin üzvü olduğu partiya “Taurus”un Kiyevə verilməsinə qarşı çıxıb

Kansler Olaf Şoltsun üzvü olduğu Almaniya Sosial Demokrat Partiyası federal seçkilərlə bağlı özünün seçki proqramına Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlərin verilməsindən imtina ilə bağlı müddəa daxil edəcək.

“Report” xəbər verir ki, bu barədə “Funke” nəşri partiyanın seçki proqramının layihəsinə istinadən məlumat yayıb.

Sosial-demokratlar öz proqramlarında Ukraynaya dəstək bəyan ediblər, lakin “Taurus” raketlərinin tədarükünə qarşı çıxıblar. Partiya hesab edir ki, Almaniya və NATO özləri münaqişənin iştirakçısına çevrilməməlidirlər.

“Buna görə də biz Almaniya kansleri Olaf Şoltsun Bundesver ehtiyatlarından Taurus qanadlı raketlərini tədarük etməmək qərarını dəstəkləyirik”, - deyə proqramda vurğulayıb.

Eyni zamanda, sosial-demokratlar Ukrayna silahlı qüvvələrinin təlimini, silah və texnikanın tədarükünü “ehtiyatlılıq və uzaqgörənliklə” dəstəklədiklərini bildiriblər.

Seçilən
43
2
report.az

3Mənbələr