AZ

Kəlbəcərə Qayıdış İctimai Birliyi rayon ictimaiyyətinin görüşünü keçirəcək

Kəlbəcərə Qayıdış İctimai Birliyi dekabrın 22-də rayon ictimaiyyətinin, ziyalıların görüşünü keçirəcək.

Bu haqda Turkustan.az-a İctimai Birliyin təsisçisi Ramiz Abışov məlumat verib.

Onun sözlərinə görə görüşün keçirilməsində məqsəd, Kəlbəcərin işğaldan azad olunmasından sonra rayonun aktiv insanlarını bir araya toplamaq, qarşıdan gələn Həmrəylik gününün ruhuna uyğun olaraq həmrəylik, birlik hisslərini aşılamaqdır: "Qarşıdakı dövrdə Kəlbəcər camaatının rayona qayıdışı prosesi gözlənilir. Hazırda rayonda infrastruktur işləri görülür, yaşayış binaları tikilir. Ümumi qayıdış məsələlərini birlikdə müzakirə etmək, doğma el-obamıza qayıdışla bağlı fikir mübadiləsi aparmaq, bizi birləşdirən dəyərləri, adət-ənənələri davam etdirmək üçün səmimi atmosferdə bir arada olmağı düşünürük".

R.Abışov bütün dəvətlilərin bu görüşə diqqətli olacaqlarına ümidvar olduğuğunu söyləyib.

Mübariz/Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr