"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın həm müttəfiqləri, həm də düşmənləri olan dövlət liderləri ilə əlaqə saxlamağı zəruri hesab edir".
Teleqraf.com xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals Amerikanın "CBS" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, başqa ölkələrin nümayəndələri Trampa seçkidə qalib gəldikdən sonra təkcə onunla danışmaq və təbrik etmək üçün deyil, həm də inauqurasiyaya özləri gəlmək üçün zəng ediblər.
Vals vurğulayıb ki, Tramp bütün zənglərə cavab verir, çünki o, həm müttəfiqləri, həm də düşmənləri ilə baş-başa münasibətləri qorumağa inanır. Eyni zamanda, bütün söhbətlər hələ təbriklərdən, xoş söz mübadiləsindən o yana keçmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta