AZ

İlon Mask xəbərdarlıq edir:"HÖKUMƏT BÜDCƏ KƏSİRİNİ AZALDA BİLMƏSƏ, ABŞ BÖYÜK BƏLAYA DÜÇAR OLACAQ"

Əgər hökumət büdcə kəsirini azalda bilməsə, Amerika Birləşmiş Ştatlarını cox ciddi problem gözləyir.

 

Senzor.az bildirir ki, bu barədə milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"Bu, həddən artıq borc götürmüş bir adamın vəziyyətindən heç də fərqlənmir", - o yazıb.

 

Qeyd edək ki, Mask dekabrın 6-da da xəbərdarlıq etmişdi: ABŞ milli borcun artımını dayandırmasa, müflis olacaq və hətta əsas xidmətlərin haqqını belə ödəyə bilməyəcək.

 

Yeri gəmişkən, bundan əvvəl ABŞ Xəzinədarlığı 2024-cü maliyyə ilində ABŞ-ın büdcə kəsirinin 1,83 trilyon dollar təşkil etdiyini bildirmişdi ki, bu da 2023-cü maliyyə ilindəkindən 138 milyard dollar çoxdur.

  

Onu da xatırladaq ki, Maskın ABŞ-ın  yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasında Vivek Ramasvami ilə birlikdə hökumətin səmərəliliyini artırmaq üçün yeni departamentə rəhbərlik edəcəyi gözlənilir.


Seçilən
39
1
senzor.az

7Mənbələr