Bakı. Trend:
Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Təhlükəsizlik vəİnformasiya Agentliyinin nümayəndələri ilə görüş keçirib.
Trend-inməlumatına görə, görüş zamanı A.Vuçiç ABŞ-nin Serbiyanın "NIS"("Serbiyanın Neft Sənayesi") şirkətinə Rusiya mülkiyyətində olmasısəbəbindən sanksiyalar tətbiq etmək qərarı fonunda fəaliyyətplanını müzakirə edib.
Bildirilib ki, Balkan respublikasının hakimiyyəti dekabrın 16-daproblemin tezliklə həlli üçün ABŞ və Rusiya Federasiyası ilədanışıqlara başlamaq niyyətindədir.
"Mən indicə Agentlik ilə görüşü başa vurdum, orada NİS-in ABŞ vəbir sıra digər ölkələrin sanksiyalarına məruz qalacağı ilə bağlırəsmi məlumatları nəzərdən keçirdik. Biz bu vəziyyətdə necə hərəkətetməyi, necə reaksiya verməyi və Serbiya vətəndaşlarınıntəhlükəsizliyini necə təmin etməyi müzakirə etdik. Serbiyadainsanların üzləşdiyimiz ciddi problemlərə baxmayaraq, həyatstandartlarında, işlərində və gündəlik həyatlarında bunu hissetməmələri bizim üçün son dərəcə vacibdir. Buna əsaslanaraq bizhərəkətə keçəcəyik və sabah (16 dekabr) amerikalılar, ruslar və hərkəslə danışıqlara başlayacağıq", - deyə Serbiya prezidentibildirib.