AZ

Bu xəstələrə püre yemək olmaz

Kartof püresi bir çox hallarda xəstələrə verilən, bədəni yumşaldan və bağırsaqları işlətdiyi üçün faydalı hesab olunan yeməkdir. Lakin həddindən artıq püre yemək sağlamlıq üçün risklər daşıya bilər.

Milli.Az xəbər verir ki, rusiyalı toksikoloq Mixail Kutuşov pürenin bəzi potensial təhlükələrindən danışıb. Onun sözlərinə görə, kartof püresi çox miqdarda kalium, nişasta və karbohidrat ehtiva edir, bu da bədəndə köp, meteorizm (qaz yaranması), narahatlıq və həzmsizlik kimi problemlərə səbəb ola bilər.

Ev şəraitində hazırlanan pürelərə əlavə edilən yağ və süd bu yeməyi daha da kalorili edir və maddələr mübadiləsinin pozulmasına yol aça bilər. Diabet xəstələrinə isə püreden çəkinmək tövsiyə olunur.

Bundan əlavə, kartof püresindəki yüksək kalium miqdarı böyrək problemi yaşayan şəxslər üçün risk təşkil edir. Təzə hazırlanmış püre dərhal yeyilməlidir, çünki 1 sutkadan artıq saxlanıldığında, təhlükəli bakteriyalar və botulizm kimi ciddi infeksiyalar inkişaf edə bilər.

Kartof püresi zərərli deyil, amma ehtiyatla və müvafiq qaydalara əməl edərək istifadə edilməlidir.

phrase_var_article.chosen
6
1
day.az

2phrase_var_article.sources