AZ

Britaniya Suriya silahlı müxalifəti ilə diplomatik əlaqə qurdu

"İngiltərə Suriyada hakimiyyətə gələn silahlı müxalifətlə diplomatik əlaqə qurub".

Teleqraf.com "Sky News"-a istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

"Biz diplomatik əlaqə saxlaya bilərik və gözlədiyiniz kimi, diplomatik əlaqəmiz var" - Lemmi bildirib.

Eyni zamanda, Lemmi vurğulayıb ki, Həyat Təhrir əl-Şam qadağan edilmiş təşkilat olaraq qalır.
Nazir həmçinin əlavə edib ki, Böyük Britaniya Suriyada inklüziv hökumətin qurulacağına ümid edir.



Müəllif: Arzu
Seçilən
25
teleqraf.com

1Mənbələr