AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
16 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
16 dekabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü elan edilməsi ilə bağlı qərar qəbul edilib.
16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür:
2005-ci ilin məhz bu günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb. 2006-cı ildən etibarən isə dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunur.
16 dekabr 1991-ci ildə Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi yaradılıb.
16 dekabr 1727-ci ildə Osmanlı impartorluğunda İbrahim Müteferrika tərəfindən ilk türkcə kitab olan "Vankulu lüğəti"basıldı.
16 dekabr 1967-ci ildə Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin alimləri DNT zəncirini açıqlayıb təhlil etdilər.
16 dekabr 1961-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 1961-ci ilin bu günü dünyaya gəlib;
Uzun illər “Molodyoj Azerbaydjana” qəzetində çalışan jurnalist 1991-ci ildə Qarabağ münaqişəsilə əlaqədar yazılar hazırlamaq üçün Laçından Şuşaya gedərkən silahlı erməni ekstremistləri tərəfindən qətlə yetirilib.
Xalq şairi Nəbi Xəzri “Salatın” rekviyem poemasını Salatın Əsgərovanın unudulmaz xatirəsinə həsr edib.