AZ

Bunlar internet səhifə, mobil tətbiq, digər elektron şəbəkə və ödəniş avadanlığı üzrə təsnifləşdirilir

Ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları fırıldaqçılıq halının baş verdiyi internet səhifə, mobil tətbiq, digər elektron şəbəkə və ödəniş avadanlığı üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları GMA-nın tətbiqi edildiyi və edilmədiyi əməliyyatlar üzrə təsnifləşdirilir. Hesabat formasında fırıldaqçılıq əməliyyatlarının qeydiyyatı baş verdiyi tarix üzrə deyil, fırıldaqçılıq əməliyyatının olması təsdiq olunduğu tarix üzrə aparılmalıdır. Məsələn, 5 yanvar tarixində baş verən əməliyyatın fırıldaqçılıq əməliyyatı olması yanvar ayının sonunadək təsdiqləndikdə əməliyyat yanvar ayı üzrə qeyd edilməli, yanvar ayından sonra təsdiqləndikdə isə təsdiqləndiyi ay üzrə qeyd edilməlidir.

phrase_var_article.chosen
14
heftelik.az

1phrase_var_article.sources