AZ

Fırıldaqçılıq halının statusu belə təsnifata ayrılır

Hesabat formasının “Operatorun xidmət göstərdiyi iştirakçılara məxsus ödəniş xidməti şəbəkəsində operatorun xidmət göstərmədiyi təşkilatların emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə” hissəsində hesabat dövrü ərzində operatorun xidmət göstərdiyi iştirakçılara məxsus ödəniş xidməti şəbəkəsində digər rezident və qeyri-rezident təşkilatların emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi əks olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Fırıldaqçılıq halının statusu aşağıdakı təsnifata ayrılır:

– Aşkarlanmış fırıldaqçılıq əməliyyatları (detection) – operatorun sistemində müəyyənləşdirilmiş qaydalara əsasən şübhəli olaraq təsnifləşdirilən əməliyyatlar;

– Qarşısı alınmış fırıldaqçılıq əməliyyatları (prevention) – operatorun sistemində müəyyənləşdirilmiş qaydalara əsasən fırıldaqçılıq əməliyyatı kimi müəyyən edilmiş və qarşısı alınmış əməliyyatlar;

– Təsdiqlənmiş fırıldaqçılıq halı (fraud case) – sahibinin razılığı və ya icazəsi olmadan ona məxsus hesab, ödəniş kartı və ya fərdi məlumatlarından istifadə edilməklə aparılmış və fırıldaqçılıq halı olaraq qəbul edilmiş əməliyyat.

phrase_var_article.chosen
24
heftelik.az

1phrase_var_article.sources