AZ

Nigeriyada neft sızması başlayıb

Nigeriyada

Nigeriyada neft sızması qeydə alınıb və “Shell” tez bir zamanda boru kəməri ilə nəqli dayandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Yerli Dəniz Ticarəti və Təhlükəsizliyi Agentliyinin (NIMASA) sözçüsü Edvard Osaji bildirib.

Onun sözlərinə görə, neft sızması Niger Deltası bölgəsində “Shell” neft-qaz şirkətinin terminalında baş verib.

Nəşr qeyd edir ki, insident Nigeriyanın Rivers əyalətində boru xəttində qopma səbəbindən olub.

Osaji vurğulayıb ki, “Shell” tez bir zamanda kəmərlə neftin nəqlini dayandırıb və yaxınlıqdakı icmaları sızmadan qorumaq üçün maneələr quraşdırıb.

V. QULİYEV
Seçilən
54
reyting.az

1Mənbələr