AZ

Hepatit virusunun mənşəyi məlum oldu

Beynəlxalq virusoloqlar, ekoloqlar və zooloqlar qrupu hepatit E virusunun təkamül mənşəyini aşkar ediblər .

Publika.az xəbər verir ki, tədqiqatın nəticələrini “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalı dərc edib.

Elm adamları məməlilərin genomik məlumat bazalarında virus genlərini axtarıb, həmçinin Latın Amerikası, Asiya və Afrikadakı 108 heyvan növündən toplanmış 2,5 mindən çox qaraciyər nümunəsini tədqiq ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, 14 növə aid 63 nümunədə herpesvirus RNT-si var. Bu, elm adamlarına onun təkamülü haqqında yeni məlumatları müəyyən etməyə imkan verib.

Tədqiqatçılar yarasalarda, siçanlarda və gəmiricilərdə tapdıqları 24 unikal herpesvirus genomunu müəyyən ediblər. Sonuncular virusun yayılmasında və elm adamlarının müəyyən edə bildiyi ən böyük genetik müxtəlifliyə görə onun təkamülündə əsas rol oynayır.

Seçilən
42
4
publika.az

5Mənbələr