Qırğızıstanın Baş naziri Akılbek Japarov istefaya göndərilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bu barədə sərəncam imzalayıb.
Bildirilib ki, A.Japarov ölkənin Nazirlər Kabinetinin rəhbəri, Qırğızıstan Respublikasının Prezident Administrasiyasının sədri vəzifəsindən uzaqlaşdırılıb.