Mingəçevirdə 26 yaşlı şəxs öldürülüb
Mingəçevir şəhərində 26 yaşlı Bəxtiyar Həsənli öldürülüb.
Reyting.az xəbər verir ki, onu bıçaqlayan 1990-cı il təvəllüdlü Elvin Rüstəmov saxlanılıb.
Onun şəxsi mübahisə zəminində Bəxtiyarı vurduğ deyilir.
Qeyd edək ki, Bəxtiyar Həsənli yaralı halda xəstəxanaya çatdırılsa da, həkimlər onunn həyatını xilas edə bilməyib.
Faktla bağlı cinayət işi açılıb.