Müəllif:Ayşən İmanova/Banco.az
Beynəlxalq reytinq agentliyi “Moody's” Fransanın kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib və reytinq proqnozunu "stabil" olaraq dəyişib.
Banco.az xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, reytinqin aşağı salınması ölkənin dövlət maliyyəsinin yaxın illərdə əhəmiyyətli dərəcədə zəifləyəcəyi və siyasi bölünmələrin daha çox mənalı fiskal konsolidasiyaya mane olacağı fikrini əks etdirir.