AZ

Hadisə illər sonra ayrılıqdan danışdı: Telefonunda şəkillərini gördüm...

Həm konsertləri, həm də yeni serialı ilə adından söz etdirən Hadisə bu dəfə köhnə sevgisi ilə gündəmə gəlib. Youtube-da İbrahim Səlimin verilişində qonaq olan müğənni 2009-2010-cu illərdəki münasibətindən danışıb.

News24.az xəbər verir ki, Hadisə açıqlamasında bunları deyib:

“Biz dalaşdıq, mən evdən çıxıb otelə getdim. Arxamca gəldi. "Telefonumu şarj edə bilərsən" dedi, onun telefonunda ifrat pozalarını gördüm. Sonra bir videoya baxdım”.

Bu açıqlama tez bir zamanda jurnal aləmində böyük əks-səda doğurub.

Hadisənin açıqlamalarından sonra sosial mediada sürətlə yayılan xəbərə Sinan Akçıl qısa cavab verib:

“Hekayəni belə xatırlamıram, amma nə olsun. Qadının sözünə heç nə deyə bilməzsən. Köhnə kitablar artıq bağlanıb”.

Onu da xatırladaq ki, Hadisə ilə Sinan Akçıl arasındakı sevgi 2009-2010-cu illərdə tez-tez gündəmini zəbt edirdi. Onların ayrılıqları isə Akçılın mobil telefonundakı görüntülər olub. İddialara görə, videoda Sinan Akçılın keçmiş sevgilisi ilə intim anlarının səsyazısı yer alıb.

Sinan Akçıl videonun əlaqələr başlamadan çəkildiyini iddia etsə də, Hadisə buna inanmayıb və münasibəti bitirmək qərarına gəlib.

Günel Məlikzadə


phrase_var_article.chosen
26
news24.az

1phrase_var_article.sources