AZ

Daha bir ölkə Suriya ilə diplomatik əlaqə qurdu

Böyük Britaniya Suriyada hakimiyyəti ələ keçirmiş “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə diplomatik əlaqə yaradıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Devid Lemmi bildirib.

“Heyət Təhrir əş-Şam” qadağan edilmiş bir təşkilat olaraq qalır, lakin biz onunla diplomatik əlaqə qura bilərik, sizin də gözlədiyiniz kimi, bu əlaqə artıq var. Biz nümayəndəli və inklüziv hökumət görməyi arzulayırıq. Kimyəvi silahların nəzarət altında olmasını və istifadə olunmamasını təmin etmək, eləcə də Suriyada zorakılığın davam etməyəcəyinə zəmanət vermək istəyirik”, - deyə XİN rəhbəri vurğulayıb.

Xatıraladaq ki, ABŞ dövlət katibi Entoni Blinken də Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləmişdi.

phrase_var_article.chosen
43
1
qafqazinfo.az

2phrase_var_article.sources