Ucarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən rayonun Qaradağlı kəndində 5 yaşlı Rüfət İsmayılov su hovuzuna düşərək boğulub.
Belə ki, azyaşlı ehtiyatsızlıqdan yaşadığı evin həyətindəki su ilə dolu hovuza düşüb. Yaxınları hadisədən xəbər tutduqda artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.