AZ

Rusiya bazasının olduğu şəhər vuruldu - Hədəflər darmadağın edildi

İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Suriyanın Tartus liman şəhərindəki hərbi obyektlərə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, İsrail təyyarələri şəhərdə hərbi obyektlər, bir baza və hərbi gəmi təmiri zavodunu vurub.

Suriya İnsan Haqları Müşahidə Qrupu 2012-ci ildən bəri Suriyanın sahil bölgəsinə ən ağır zərbələrin endirildiyini bildirib.

Xatırladaq ki, sözügedən bölgədə Rusiyanın hərbi dəniz bazası yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
18
teleqraf.com

1Mənbələr