AZ

Türkiyədə saxta spirt qaçaqmalçılarına qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə saxta spirt qaçaqmalçılarına qarşı "Çengel-11" əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

81 vilayətdə aparılan "Çengel-11" əməliyyatları çərçivəsində 40 min 388 litr saxta və etil spirtin ələ keçirilərək, saxta spirtli içki istehsalında iştirak edən 85 şübhəli saxlanılıb.

Yerlikayanın paylaşdığı məlumata görə, İl Jandarma Komandirliyi və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyasında həyata keçirilən əməliyyatlar zamanı, saxta spirtli içki istehsalı ilə məşğul olan şübhəli şəxslərin aşkarlanmasına xüsusi diqqət yetirilib.

Əməliyyat çərçivəsində saxlanılan 85 şübhəli barəsində hüquqi prosedurlar başladılıb.

Seçilən
24
turkic.world

1Mənbələr