“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolu vurub.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XVII turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.
O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. Filipin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.
Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.