AZ

Şəlalə Camal: Ömrümdən nə qədər itirdim görən?

Baxıram nə qədər qocaldım axı
Tək sənin yanında, sənin fikrindən.
Həyatım boyu mən dərd çəkə - çəkə,
Ömrümdən nə qədər itirdim görən?

Üzümün gülüşü çəkilib gedib,
Gözümün işığı sönüb deyəsən.
Mənmi günahkaram, ya sən bilmirəm,
Ömrümdən nə qədər itirdim görən?

İndi baxışlarım həminki deyil,
Saçlarım da olub bax indi dən - dən.
Uşaqtək ağlamaq keçir içimdən,
Ömrümdən nə qədər itirdim görən?

Seçilən
29
adalet.az

1Mənbələr