AZ

FİFA Elxan Məmmədovun imzası ilə Ukraynadan üzr istədi - FOTO

FİFA Ukrayna Futbol Federasiyasından üzr istəyib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, buna səbəb ali futbol qurumunun 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatmasının baş tutduğu mərasimdə yol verdiyi yanlışlıqdır.

Belə ki, FİFA həmin mərasimdə təqdim etdiyi xəritədə Krımı Rusiya ərazisi kimi göstərmişdi. Bundan sonra ukraynalılar ali futbol qurumuna narazılıq məktubu göndərmişdi.

FİFA da həmin məktubu cavabsız qoymayaraq Ukrayna Futbol Federasiyasından üzr istəyib:
 

“Biz sizin məktubu aldıq və bunu diqqətimizə çatdırdığınız üçün təşəkkür edirik. Həmin xəritə xarici xidmət provayderi tərəfindən hazırlanıb. Problemi bildikdən sonra onu həll etməyə çalışdıq. Fotonun yayımdan qaldırılması üçün addımlar atdıq. Gələcəkdə bu cür səhvlərin baş verməməsi üçün təhlillər apardıq. Biz məsələnin nə qədər həssas olduğunu bilirik. Qəsdən olmamasına baxmayaraq, onun vurduğu mənəvi ziyana görə də təəssüf hissi keçiririk”.


Maraqlıdır ki, məktub Ukrayna Futbol Federasiyasına AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın üzv assosiasiyalarla qarşılıqlı əlaqə şöbəsinin rəhbəri Elxan Məmmədovun imzası ilə göndərilib.


Bizim.Media

Seçilən
8
5
bizim.media

6Mənbələr