Bu gün Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın “hibrid fəaliyyətlərinə” görə ilk sanksiyaları razılaşdıracaqlar.Ulusum.az-ın məlumatına görə, "Polskie Radio" bildirib ki, siyahıda əsasən Rusiya vətəndaşları olmaqla yanaşı, Gürcüstan və Moldova vətəndaşları olan 16 nəfərin adı var. Bu şəxslərin “sanksiyalardan qaçmaq imkanının” olmaması üçün konkret adlar açıqlanmayıb. Onların Aİ-yə girişi qadağan olunacaq, ittifaqdakı aktivləri dondurulacaq və Brüsseldən maliyyə ala bilməyəcəklər.Bundan əlavə, siyahıya adı açıqlanmayan qurumlar da daxil olmaqla, öz ərazisində və Avropa İttifaqından kənarda “Avropada təxribat fəaliyyəti təşkil edən və dezinformasiya yayan” üç təşkilat daxil edilib.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Si Cinpinin Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməsi gözlənilmir
Bitkoin tarixdə ilk dəfə 106 min dolları keçərək rekordlar qırmağa davam edir
Maqnus Karlsen Norveç vergi orqanlarına görə 2023-cü il üçün gəlirinin 128%-i vergi ödəyib