AZ

Şəhriyar Məmmədyarov hava limanında şübhəli kimi saxlanıldı

Azərbaycanın tanınmış şahmat ustası Şəhriyar Məmmədyarov Türkiyənin Sabiha Gökçen hava limanında gözlənilməz problemlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, hadisə barədə "Satranc okulu"nun "YouTube" kanalında FİDE ustası Selim Gürcan məlumat verib.

Gürcanın sözlərinə görə, hava limanının gömrük xidmətinin əməkdaşları Məmmədyarovu qaçaqmalçılıqda şübhəli biliblər. Londondan İstanbula gələn şahmatçı kim olduğunu izah etdikdən sonra gömrük əməkdaşları internetdə axtarış aparıblar və onun kimliyini təsdiqləyərək üzr istəyiblər. Bundan sonra Məmmədyarovun Türkiyəyə keçidinə icazə verilib.

Milli.Az

phrase_var_article.chosen
410
7
milli.az

10phrase_var_article.sources