AZ

Dünyanın 2024-cü ildə ən yaxşı üzgüçüləri

Dünyanın 2024-cü ildə ən yaxşı üzgüçüləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Paris Olimpiadasında ən çox fərdi qızıl medal qazanan Leon Marşan (kişilər arasında) və Sammer Makintoş (qadınlar) bu şərəfə layiq görülüblər.

Qaliblər World Aquatics tərəfindən sosial şəbəkədə ictimai səsvermənin nəticələrinə və qurumun jüri üzvlərinin səsverməsinə əsasən seçilib.

22 yaşlı fransız Marşan 200 m məsafəyə brass, 200 m batterflay, 200 m və 400 m məsafələrə kompleks üzgüçülükdə qalib gələrək bir olimpiadada fərdi yarışlarda dörd qızıl medal qazanan dördüncü üzgüçü olub.

O, mükafat uğrunda mübarizədə digər Olimpiya çempionları və mükafata namizədlər - amerikalı Bobbi Finke, macar Kristof Milak, çinli Pan Janle və irlandiyalı Daniel Viffeni qabaqlayıb.

18 yaşlı kanadalı Makintoş 200 m məsafəyə batterflay, 200 m və 400 m məsafələrə kompleks üzgüçülükdə Olimpiya çempionu olub.

“İlin üzgüçüsü” adına digər qadın namizədlər amerikalılar Keti Ledeki və Riqan Smit, avstraliyalı Keyli Makkeoun və isveçli Sara Şöström olub.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr