AZ

Azərbaycan Mərkəzi Bankı bu həftə 2024-cü ilin son faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı 2024-cü ildə sonuncu qərarı barədə məlumatı 18 dekabr 2024-cü il tarixində ictimaiyyətə açıqlayacaq.

FED.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı xeyli müddətdər faizlərini dəyişməz saxlayır. Buna səbəb inflyasiyanın hədəf daxildinə olmasıdır.

Bundan əvvəl, Noyabr iclasında da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunmuşdu. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz artıb. Artım oktyabr ayında 3,4 faiz təşkil etmişdi. Beləliklə, noyabrda illik inflyasiya 1 faiz bəndi sürətlənib.

Mərkəzi Bank bildirib ki, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.

"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək",- Mərkəzi Bank 1 noyabr 2024-cü il tarixli press-relizində qeyd etmişdi (Marja).

phrase_var_article.chosen
20
1
fed.az

2phrase_var_article.sources