Bu ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 25 932,5 milyon kVt·st, ixracı 1 255,3 milyon kVt·st, idxalı isə 159,8 milyon kVt·st olub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 142,7 milyon kVt·st, günəş elektrik stansiyalarında isə 470,5 milyon kVt·st artıb.
“Bu dövrdə elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı 14 faiz olub”, - nazir əlavə edib.