AzVision.az xəbər verir ki, ABŞ-nin gələcək prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri təyin etməyi planlaşdırdığı konqresmen Maykl Uolts “CBS News” telekanalına müsahibəsində belə deyib.
“Prezident Tramp, səhv etmirəmsə, “Time” jurnalına müsahibəsində demişdi ki, “boş qəbz” strategiya deyil. Bu, bizim sürükləndiyimiz kimi görünən,sonsuz müharibədir”,- Trampın gələcək potensial müşaviri vurğulayıb.
Uoltsun fikrincə, limitsiz maliyyə təmin etməklə Ukraynaya “boş qəbz” yazmaq əvəzinə, Vaşinqton Kiyevə dəstək verməklə nəyə nail olduğuna diqqət yetirməlidir. O, ümid etdiyini bildirib ki, “sabitlik bərpa olunacaq” və “qırğınlar müvəqqəti yox,həmişəlik dayandırılacaq”. Trampın komandasının üzvü, həmçinin qeyd edib ki, ABŞ-nin gələcək administrasiyası müharibəni bitirmək üçün ilk addım kimi atəşkəsin əldə olunmasına çalıçacaq.
- Ümid edirəm ki, bütün dünya Ukraynanın şərqində baş verən qırğınların müəyyən şəkildə dayandırılmasını istəyəcək. Bu Birinci Dünya müharibəsi üslubunda gedən bir müharibədir. Bu, insanların ətini çəkən maşınıdır. Prezident Tramp davam edən qırğından çox narahatdır. Biz döyüşləridayandırmalıyıq. Bilirsiniz, əgər ilk addım kimi bu, atəşkəsdirsə, bunun nə demək olduğunu diqqətlənəzərdən keçirəcəyik”,- Maykl Uolts diqqətə çatdırıb.
Trampın gələcək müşaviri, eyni zamanda, bildirib ki, yanvarın 20-də, ABŞ-nin yeni prezidentinin andiçmə mərasimindən əvvəl bu cür təşəbbüsləri Co Bayden administrasiyası ilə əlaqələndirilmək lazım gəlir.
Qeyd edək ki, “boş qəbz” ifadəsi ilə amerikalılar adətən qeyri-məhdud maliyyələşməni nəzərdə tuturlar. Başqa sözlə desək, pulu alan şəxs özü bu qəbzüçün ona ayrılan məbləği “boş qəbz”ə yazır.
Sahil İsgəndərov
AzVision.az
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less