AZ

Türkiyə beynəlxalq ictimaiyyəti siyasi reallıqları görməyə çağırır

Türkiyə Prezident Administrasiyası yanında kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun bildirib ki, Türkiyə hakimiyyəti Kiprdə iki dövlətin mövcudluğunu tanımağa çağırır.

Onun sözlərinə görə, Ankara adadakı mübahisəli ərazilər probleminin həllinə “daha 60 il sərf etmək” niyyətində deyil.

Editor.az bildirir ki, Altun Yunanıstanın “Ta Nea” qəzetinə (Anadolu agentliyinə istinadən) müsahibəsində bunları deyib: “Gerçəkliyə oyanmaq vaxtıdır: Kiprdə iki ayrı xalq və iki ayrı dövlət var”.

Xatırladaq ki, Kipr 1974-cü ildə türklər və yunanlar arasında münaqişədən sonra şimal və cənub hissələrə bölünüb. Dövlət çevrilişi nəticəsində adada Yunanıstanın dəstəklədiyi hərbi hökumət hakimiyyətə gəlib. Buna cavab olaraq türk qoşunları Kiprin şimal hissəsini yeridilib və 1975-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyi elan edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr