Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
"Operativ Məlumat Mərkəzi-OMM" agentliyə istinadən xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib.
O, bundan əvvəl “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-2016-cı illərdə isə "Azercell Telecom" MMC-də çalışıb.
V.Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində təcrübəyə malikdir.