AZ

İki yaşlı Ayselin dəstəyə ehtiyacı var: Nadir xəstəlikdən əziyyət çəkir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İki yaşlı Ayselin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aytən Həsənova məlumat verib.
O bildirib ki, övladı ağciyər hipertenziyası (ağciyər çatışmazlığı) xəstəliyindən əziyyət çəkir:
"Ayselin iki yaşı var. O, 31 həftəlik doğulub, ilk 11 gün küvəzdə qaldıqdan sonra evə çıxmışıq. Təkrar müayinələr zamanı onun nəfəs almasında problemlər olduğunu öyrəndik. Tam müayinələrdən sonra isə diaqnozu təsdiqləndi. Həkimlər bu xəstəliyin uşaqlar arasında nadir rast gəlindiyini deyirlər. Aysel doğulan gündən onun müalicəsini etdiririk, demək olar ki, artıq maddi baxımdan tükənmişik".
Gənc ana övladı müalicə olmazsa, səhhətinin daha da ağırlaşacağını bildirib:
"Həkimlər Ayselin müayinələrini etməsək, zamanla bunun ürək çatışmazlığına da yol açacağını deyirlər. Ona görə də bu günə qədər bütün müalicələri hər şeyimizi satmaq da olsa, etmişik. İnanın, nə bir dəyərli əşyam, nə borc alacağımız qapı qalıb. Evdə tək yoldaşım işləyir, bir maaşla həm evə baxıb, həm uşağın müalicələrini edib, həm də borcları qaytarmaq, inanın ki, mümkünsüzdür. Ayselin müalicəsi üçün aylıq 500-800 manata ehtiyacımız var. Ayselin bəzən halı pisləşir, nəfəs ala bilmir. Hər dəfə onun vəziyyəti ağırlaşanda elə bilirəm sondur, onu itirirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 588-74-77.
Leo Bank: 4098 5844 9460 8860.
Seçilən
15
38
oxu.az

10Mənbələr