AZ

Kombinin donmaması üçün bunları MÜTLƏQ EDİN

Soyuq havalarda evlərin açıq eyvanlarında yerləşən kombi donma təhlükəsi ilə üzləşir. Ehtiyat tədbirləri görülməzsə, kombi yararsız vəziyyətə düşür.

Bəs soyuq havalarda, xüsusən də temperatur mənfi dərəcəyə düşdüyü zaman kombi və istilik sisteminin donmaması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı "Yeni  Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev bildirib ki, vətəndaşlar aşağıda qeyd olunan nüanslara xüsusi diqqət etməlidir:

“Kombinin donmaması üçün ilk növbədə, kombi sistemi çəkilən zaman, onu qapaılı bir yerə qoymaq lazımdır. Qapalı məkana yerdədirsə, işıq və qaz olmadığı zaman donmanı gecikdirə bilər. Hətta qaz-işıq varsa və hava şaxtalıdırsa, onda istilik kombinin partlamağının qarşısını alır.

Deyək ki, kombi çöldədir və işlədirik. Belə olduqda isti və soyuq suyun giriş xətti donub partlaya bilər. Bunun qarşısını almaq üçün gecə soyuq suyun vintini bağlayıb, içəridə isti suyun kranını açırıq ki, həmin hissədə su qalmasın. İnsanlar bir müddət evdə olmadığı və kombini işlətmədiyi zaman kombinin altındakı vintləri bağlayıb və 4 bağlantını açıb, suyu təmiz boşaltmaq lazımdır.

Ümumiyyətlə, istilik sistemində suyu təzyiqdə qoymamalıyıq. O təzyiqi də boşaldırıq ki, evdə yaşayış olmadığı zaman radiatorlar şaxta olanda güclü təzyiq altında qalıb partlamasın. Çöldə havanın temperaturu 0-ın altında olanda və işıq-qaz olmadığı zaman mütləq şəkildə biz kombinin altını boşaltmalıyıq. Yenə də 4 ədəd vinti bağlayır, kombinin altından sistemi açıb boşaldırıq.

Sistem çəkilən vaxt kombinin girişinə əks-axın kranı qoymalıyıq. Bunu kranı qoymalıyıq ki, ən pis halda suyu boşalda bilməyəndə bunu açıb suyu boşalda bilək. Həmin vaxt soyuq suyun girişini bağlamalıyıq və içəridən sistemdəki suyu açıb boşaltmalıyıq”. 

Mütəxəssis donma hallarına qarşı atapleniyalar üçün nəzərdə tutulan antifrizlərdən istifadə etməyi tövsiyə edib:

“Bəzi kombilərdə donmaya qarşı xüsusi rejim olur. Kombi işləməsə belə, işıq-qaz olduğu zaman dərəcə +5-dən aşağı düşəndə öz daxilində işə düşür və qaz yanaraq öz daxilindəki suyu isidir. Bu donmaya qarşı rejim sayılır. Amma yenə də buna arxayın olmaq olmaz. Çalışıb ümumiyyətlə işlədilməyən kombinin içərisində və ümumi xəttə təzyiqli su saxlamamaq lazımdır. Hətta soyuq suyun özündə belə, ümumi xətti bağlayıb, vinti açıb mətbəxdə və hamamda suyun təzyiqini aşağı salmalıyıq.

Bəzən xəttə antifriz də vurulur. Həmin antifriz ingibiter tərkibli olmalıdır. Yaşayış yerinin sahəsi və otaq dərəcəsinə görə antifriz vurulur. Deyək ki, su kütləsi nə qədərdisə, onun 20 faizi, bəzi yerlərdə 50 və 80 faizi antifriz olmalıdır. Amma çalışıb sırf atapleniya sistemi üçün olan antifriz istifadə etmək lazımdır. İstifadə miqdarı iləbağlı isə mühəndislərlə məsləhətləşmək lazımdır.

Antifriz düzgün tökülmədikdə, radiatorları, dövriyə nasosunu, esenjoru sıradan çıxara bilər. Bunu seçərkən çalışıb ən keyfiyyətli və yaxşısını seçmək lazımdır. Kombinin göstəricilərində antifriz vurmaq var və bu da sırf atapleniya sistemi üçün nəzərdə tutulan antifrizlərlə edilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
phrase_var_article.chosen
15
45
yenisabah.az

10phrase_var_article.sources