AZ

"Özümü xilaskar hesab etmirəm" - Emin Mahmudov

style='margin-bottom:10px;'>

“Neftçi”nin qapıçısı Emil Balayevin QOL.az saytına müsahibəsi

- Çətin keçən oyunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- 3 xala sevinirik. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı. Bu da özünü hesabda göstərdi. Lakin fasilədən sonra rəqib üstünlüyü ələ aldı. Buna görə də ikinci hissə bizim üçün çətin keçdi. Yekunda 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm ki, bu soyuqda bizə dəstək oldular.

- İkinci hissədəki zəif oyunu nə ilə əlaqələndirmək olar?

- “Kəpəz” ilk hissədən sonra hesabda geridə olduğu üçün qol vurmaq, məğlubiyyətdən qaçmaq istəyirdi. Biz də çalışırdıq ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Müəyyən qədər alınmadı. Bəlkə də konsentrasiya pozuldu. Hardasa yorğunluq ola bilər, dəqiq deyə bilmirəm. Görünən odur ki, verilən tapşırıqları ikinci hissədə lazımınca yerinə yetirə bilmədik.

- Uzun fasilədən sonra Misli Premyer Liqasının oyununda meydana çıxdınız. Start heyətində yer alacağınızı gözləyirdiniz?

- Hər bir futbolçunun işi məşqlərdə öz performansını göstərməkdir. Mən də uzunmüddətli zədədən sonra həm psixoloji, həm də fiziki cəhətdən artıq özümü hazır hiss edirdim. Sağ olsun Samir müəllim, mənə şans verdi. Deyə bilmərəm, nə qədər komandama faydalı oldum, amma ən azından çalışdım ki, etimadı doğruldum.

- Matçın sonuna əlavə olunmuş dəqiqələrdə təkbətək epizodda qurtarış etməklə “Neftçi”ni xal itkisindən xilas etdiniz...

- Elə deməzdim. Çünki ikinci hissəsin ortalarında səhv ötürməm oldu. Hansı ki, rəqibin qolu ilə yekunlaşa bilərdi. Ona görə də özümü xilaskar hesab etmirəm.

- Hər halda elə zamanda xilaskar rolunda çıxış etdiniz ki, “Kəpəz” o epizodda fərqlənsəydi, demək olar ki, nəticəni dəyişmək üçün vaxt qalmayacaqdı.

- Allahın köməkliyi ilə o epizodda topu çıxartdım. Komandamın qələbəsində pay sahibi oldum. Bu, bizim işi işimizdir. Meydana çıxmışıqsa, maksimum dərəcədə üzərimizə düşəni yerinə yetirməliyik.

- “Kəpəz”lə matçda həm də komandanın kapitanı idiniz. Sarğı məsuliyyətinizi nə dərəcədə artırır?

- Samir müəllim daha əvvəldən deyib ki, bu, müvəqqəti seçimdir. Rzanı hələlik kapitan kimi təyin edib. Meydanda da eyni zamanda iki qapıçı oynaya bilməz. Ona görə də bu gün kapitan mən idim. Yəni hazırda qapıda kim durursa, kapitan sarğısını da o daşıyır.

- Qarşıdan ilin son oyunu - səfərdə “Turan Tovuz”la qarşılaşma gəlir. Həmin matçdan gözləntiləriniz?

- Həftə ərzində məşqlərdə tam gücümüzlə çalışacağıq. Bizi çox çətin səfər gözləyir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, ili qələbə ilə başa vuraq.

phrase_var_article.chosen
34
1
teleqraf.com

2phrase_var_article.sources