AZ

Dələduzluqda ittiham olunan bağça direktorunun məhkəməsi başlayıb

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası dekabrın 23-nə təyin olunub.

Qeyd edək ki, Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq dələduzluqda ittiham olunur.

Onun direktoru olduğu “Moon Kids” Uşaq Bağçasının da fəaliyyəti dayandırılıb.

Seçilən
5
1
apa.az

10Mənbələr