AZ

2025-ci ildə Avropada qazın qiymətinin 12% artacaq

Sentyabr proqnozu ilə müqayisədə 2025-ci il üçün qaz qiymətlərinin artımı ilə bağlı gözləntilər 28% yüksəldilib...

Poliqon xəbər verir ki, bu barədə Vedomosti qəzeti Qiymət İndeksləri Mərkəzinin (CPI) sorğu məlumatlarına istinadən yazır.

Sentyabrda mütəxəssislər Avropa İttifaqında qazın 1 Mvt·saat üçün qiymətinin 30,3 avro (1000 kubmetr üçün təxminən 329 dollar) olacağını proqnozlaşdırmışdılar.

Noyabrın ikinci yarısında TASS agentliyi London birjası ICE-nin məlumatlarına istinad edərək bildirib ki, noyabr ayında Avropada 1000 kubmetr qazın qiyməti 21% artaraq təxminən 521 dollara çatıb.

Həmin dövrdə qaz fyuçerslərinin qiymət artımına səbəb kimi Rusiya qazının Avstriyaya tədarükünün dayandırılması, ABŞ-ın "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyalar və Avropada temperaturun kəskin enməsi nəticəsində anbarlardan rekord həcmdə qaz götürülməsi göstərilib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr