Rusiyanın Altay diyarından olan sahibkarlar Azərbaycana biznes-missiya təşkil ediblər. Nümayəndə heyətinə kənd təsərrüfatı məhsulları və çeşidləmə maşınları istehsalında ixtisaslaşmış beş şirkət daxil olub.
Fins.az xəbər verir ki, səfər zamanı sahibkarlar məhsul ixracı ilə bağlı yeniliklər və prosedurlar haqqında məlumat alıblar. Həmçinin distribütorlar, pərakəndə satış şəbəkələri və emal şirkətləri ilə görüşlər keçirərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşlər nəticəsində bir sıra razılaşmaların əldə olunduğu bildirilib.