AZ

"Audi"dən şok addım: Fevraldan etibarən...

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Audi" şok addım atıb.

Hit.az xəbər verir ki, şirkət ilk elektromobili olan "Q8 e-tron"un istehsalını dayandıracaq.

Sözügedən SUV modelinin gələn ilin fevral ayında istehsalına son veriləcəyi açıqlanıb. 2018-ci ildən etibarən istehsal olunan model üçün artıq yeni sifariş qəbul olunmayacaq.

Bununla da "Q8 e-tron" modelinin istehsal olunduğu Brüssel şəhərindəki fabrik də qapanacaq. Bu isə o deməkdir ki, orada çalışan 3 min nəfər işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıyadır.

Qeyd edək ki, "Q8 e-tron" avtomobili 400 kilometrə qədər mənzil təklif edirdi. Lakin bu avtomobil "Mercedes", "BMW" və "Jaguar"ın müvafiq modelləri ilə rəqabətdə geri qaldı. Satışların və tələbatının azalması isə bu qərarın verilməsinə səbəb oldu.

Pərviz

Seçilən
31
hit.az

1Mənbələr