Bakı. Trend:
Maliyyə naziri Samir Şərifov 2025-ci ilin dövlət büdcəsinədəyişiklikləri açıqlayıb.
Trend xəbər verir ki, MilliMəclisin bu gün keçirilən iclasında çıxış edən maliyyə naziri bəzizəruri istiqamətlər üzrə xərclərin artırılması ilə bağlı, ocümlədən müzakirələr zamanı millət vəkillərinin irəli sürdüyütəkliflər də nəzərə alınmaqla təqdim olunan büdcə layihəsinəaşağıdakı dəyişikliklərin edilməsinin məqsədəuyğun hesab olunduğunubildirib və millət vəkillərini dəqiqləşdirilmiş dövlət və icmalbüdcələrin layihələrini və büdcə zərfinə daxil edilmiş digərqanunvericilik aktlarını qəbul etməyə və onlara səs verməyəçağırıb:
1. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarınıvə ona müvafiq olaraq büdcədənkənar xərclərini 40,0 milyon manatməbləğində artırmaq;
2. Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sırapublik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil,daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilmişdir.Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin butəyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə vəmilli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlıtədbirlərinin əlavə maliyyə təminatına yönəldmək. Bununla müdafiəvə milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumiməbləği 8 milyard 555 milyon manata çatdırılır.
3. Büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrəxərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon milyon manatvəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləriartırmaq:
- Azərbaycan Respublikası Milli Məclisinin maliyyə təminatınıəlavə olaraq 815,0 min manat məbləğində artırmaq;
- Möhtərəm Prezidentimizin tapşırığı ilə siyasi partiyalara maliyyəyardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0milyon manat və ya 20 faiz artırmaq;
- 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək ÜmumdünyaSərgisində — Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri dədaxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri24 milyon manat artırmaq;
- ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlıxərclərin maliyyələşdirilməsi üçün 10,0 milyon manat ayırmaq;
4. 2025-ci ilin dövlət büdcəsində Azərbaycan RespublikasıPrezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar RespublikasınınDövlət Energetika və Su Ehtiyatları agentliklərininsəlahiyyətlərinin müvafiq olaraq “Azərenerji”, “Azərişıq” AçıqSəhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlımüvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurətiyaranmışdır.
Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsininmərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuşdotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdəvəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət SuEhtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.
Yuxarıda təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir vəxərcləri bərabər olaraq 40,0 milyon manat artır, yəni dövlətbüdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon400 min manat təşkil edəcəkdir.
Nazir bildirib ki, dövlət və icmal büdcələrinin kəsirlərində hərhansı dəyişiklik baş verməyəcəkdir və onlar ilkin təqdim olunmuşbüdcə layihəsindəki kimi saxlanılır.