AZ

Yenil il gecəsi uğur gətirən 6 maraqlı ənənə

Dünyanın müxtəlif ölkələrində Yeni illə bağlı fərqli, maraqlı adət-ənənələr mövcuddur. Bunlar uzun illərdir yaşadılır, hər il yerinə yetirilir. Məsələn, Yeni İli qarşılayarkən həmin ilin bərəkətli olması üçün nar partladılır.

OLAY bunun kimi Yeni il gecəsi sizə uğur gətirəcək maraqlı ənənələri təqdim edir.

Əvvəlcə ən məşhurundan və marağa səbəb olan bir adətdən danışaq. Belə ki, Latın Amerikasına məxsus olan bu adətə əsasən Yeni İl gecəsi qırmızı alt paltarlarından istifadə olunur. Bunun insana sevgi, xoşbəxtlik, və şans gətirəcəyi düşünülür. Yenə eyni regiona məxsus bir inanca görə Yeni İl gecəsi geyinilən sarı alt paltarı maddi imkanlar və uğurlar gətirir.

İkinci ənənə isə həyatınızda istədiyiniz və istəmədiklərinizi bir kağıza yazmaqdır. Bütün seçimlərinizi, istəmədiyiniz, yorulduğunuz məsələləri, həyatınızdan çıxarmaq istədiyiniz neqativləri bir vərəqə yazın. Və o kağızı bir illik kənara qoyun, növbəti ili qarşılayarkən açıb oxuyun.

Bir başqa kağıza isə əksinə həyatınızda görmək istədiklərinizi qeyd edin. Yəni arzularınızı, məqsədlərinizi yazın. Məsələn, yeni bir iş istəyirsinizə, ya da evlənmək, bir ev almaq kimi arzunuz varsa, bir-bir qələmə alın. Yeni ildə yaşamaq istədiyiniz bütün gözəllikləri yazıb, reallaşmasını diləyin. Bu kağızı isə gizlətməyin, əksinə hər gün görə biləcəyiniz bir yerə qoyun.  

Bir il sonra hər iki kağızı da götürüb getməyini istədiklərinizi göndərməyin hüzurunu və gəlməyini dilədiklərinizi qarşılamağın sevincini yaşayacaqsınız.

İspaniya mədəniyyətinə görə, yeni il gecəsi saat 00:00-da 12 üzüm dənəsi yemək şans gətirir. Diləklərinizi düşünərək  yeni ilə 12 üzüm dənəsi yeyərək ilə girin.

Arzularınızı bir kəlmə ilə izah edin. Ya tək söz, ya da bir neçə bənzətmə ilə aruzunuza xas xüsusiyyətləri izah edə bilərsiniz. Bu sizin diləyinizdən asılı olaraq dəyişə bilər. Məsələn, maddi imkanlar arzu edirisnizsə, “bərəkət” deyə bilərsiniz.

Yeni ildə özünüzə bir aksesuar alın: qırmızı ipli qolbaq. Qırmızı ip yəhudi ənənəsi ilə yanaşı bir çox inancda da yer alır. Və qırmızı ipin uğur gətirdiyi düşünülür. “Kabbalah”da isə qırmızı ip bəd  nəzərdən qoruma vəzifəsini yerinə yetirir.

Çin və Uzaq Şərq inanclarına görə  qırmızı ip ruh ekizi ilə əlaqəlidir. Bununla gerçək sevgini həyatınıza çəkdiyinə inanılır. Məsələn, Madonna, Britni Spirs 

Leonardo DiKaprio və başqa məşhurların qırmızı ipli qolbaqdan istifadə etdiyi görülüb.  Türkiyədə isə Sinem Kobal tez-tez bu qolbaqlardan taxır.

Yeni İl gecəsi adətlərindən biri də sevdiklərinizi öpməkdir. Yeni ilin ilk saniyələrində sevdiklərinizi öpüb, qucaqlayın.

10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1 və Yeni iliniz mübarək! Bütün diləklərinizin reallaşdığı, qüsursuz deyə biləcəyiniz bir il olsun!

Seçilən
32
olay.az

1Mənbələr