AZ

Şəkidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Şəki, 16 dekabr, AZƏRTAC

Şəki şəhərində yaşayan Abdullayevlər ailəsinin üç üzvü dəm qazından zəhərlənib.

Bu barədə AZƏRTAC-ın əməkdaşına Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsindən məlumat verilib.

Bildirilib ki, Şəki şəhər sakinləri 45 yaşlı Rasimə Abdullayeva, 29 yaşlı Murad Abdullayev və 2 yaşlı Fatimə Abdullayeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar. Ailə üzvlərinə bütün tibbi müdaxilələr edilib və həyatı təhlükələri aradan qaldırılıb. Səhər saatlarında Abdullayevlər ailəsi ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

phrase_var_article.chosen
11
2
azertag.az

3phrase_var_article.sources