Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin üçüncü oxunuşda müzakirəsinə başlanılıb.
Moderator.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən müzakirələrdə Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
İqtisad siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov büdcə layihəsi barədə məlumat verib. Bildirib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat təşkil edəcək.
Komitə sədri qeyd edib ki, İqtisad siyasət, sənaye və sahibkarlıq komitəsi büdcə sənədini məqbul hesab edir.
“Bu büdcənin arxasında həm də milli maraqlara söykənən siyasət dayanır”, - Azər Əmiraslanov bildirib.