AZ

Gürcüstanda 12 nəfər restoranda ölü tapıldı - Polis araşdırmalara başladı

Gürcüstanın kurort şəhəri Qudauridə yerli restoranda on iki nəfər ölü tapılıb.

“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, onların ölüm səbəbləri müəyyənləşdirilir.

Gürcüstan polisi “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə araşdırmaya başlayıb. Hələlik məlum olan odur ki, qurbanların cəsədlərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib və Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, qurbanların böyük əksəriyyəti (on biri) “xarici vətəndaşlardır”.

Meyitlər qurbanların yatdığı restoranın ayrıca otağında tapılıb. Ölənlərin hamısının müəssisənin işçiləri olduğu ehtimal edilir. Həmçinin bildirilir ki, restoranda elektrik enerjisinin müvəqqəti olmaması səbəbindən işə salınan generator işləyir. Qudauri Böyük Qafqaz silsiləsinin cənub yamaclarında, Tbilisidən 120 kilometr aralıda yerləşən xizək kurortudur.

2018-ci ildə kurortun kanat yollarından birində fövqəladə hadisə baş vermişdi - liftin xarab olması nəticəsində 11 nəfər xəsarət almışdı.

“AzPolitika.info”

phrase_var_article.chosen
31
azpolitika.info

1phrase_var_article.sources