Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə ölkədəki böhranın sülh yolu ilə həlli üçün Gürcüstanda yeni seçkilərin keçirilməsini müzakirə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Zurabişvili X sosial şəbəkəsində yazıb .
"Mən vurğuladım ki, böhrandan yeganə dinc çıxış yolu siyasidir, yeni seçkilərdir!” – Gürcüstan prezidenti bildirib.
Zurabişvili qeyd edib ki, Aİ gürcü xalqına və onun Avropa gələcəyinə dəstəyini davam etdirəcək.
Nizami Bağırov