AZ

Suriyanın yeni lideri BMT-nin xüsusi nümayəndəsi ilə görüşüb

Dünən Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşüb.

Əhməd əl-Şaraa diqqəti ölkənin birliyinə və yenidən qurulmasına yönəltmək, həmçinin qaçqınların geri qayıtması üçün şərait yaradılmasının vacibliyini qeyd edib.

Vətəninfo.az xəbər verir ki,  bu barədə “Əl-Cəzirə” telekanalı yazır.

Tərəflər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə yenidən baxılması zərurətini müzakirə ediblər. Əhməd əl-Şara qeyd edib ki, Suriyada dəyişən siyasi vəziyyət sənədin yeni reallıqlara uyğun yenilənməsini tələb edir .

phrase_var_article.chosen
32
veteninfo.az

1phrase_var_article.sources