AZ

Qvardiola pərişandır: “Həll yolu tapmalıyam”

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ötən gecə "Mançester Yunayted"ə uduzduqları matç (1:2) və komandanın hazırkı vəziyyətindən söz açıb.

Yenisabah.az Sky Sports-a istinadla xəbər verir ki, mütəxəssis komandasının yaxşı formada olmadığını etiraf edib:

“Təəssüf ki, bu il belə hallar çox olur. Yaxşı oynamadıq. Əvvəllər hər şey qaydasında gedirdi, indi isə müxtəlif səbəblərə görə problemlər var. Çox şey itiririk. Oyunun sonuna qədər əlimizdən gələni etdik.  Amma sonda 2 qol buraxdıq. Çox çətin oldu. Çox çətin mövsüm keçir. Yaxşı formada deyilik və bəzi problemlərimiz var. İndi tam 1 həftə matçlarımız olmayacaq.

İrəli getməli, həll yolu tapmağa və oyunlarda qalib gəlməyə çalışmalıyıq.Bu, son 9 ilin ən ağır məğlubiyyəti deyil. Çempionlar Liqasında məğlubiyyətlər daha çətindir. Amma indi əhvalımızı yüksəltmək üçün yaxşı nəticə qazanılmalıdır. Vəziyyət getdikcə pisləşir. Mən həll yolu tapmalıyam. Həqiqət budur ki, onu hələ də tapmamışam”.

Xatırladaq ki, "Mançester Siti" bütün turnirlərdə son 11 oyununun 8-də uduzub.


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr