“Rusiyada şəxsi biznesimin olması ilə bağlı söhbətlər yalandır. Mən biznes bacaran insan deyiləm".
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu Samir Bağırov “İncə səhər” verilişində deyib.
Müğənni bildirib: “Uşaqlıqdan gür və gözəl saçlarım olub. Bu genetikadır. 57 yaşım var, artıq uşaq deyiləm. Başımdakı bütün tüklər artıq ağarıb”.
O, şəxsi biznesinin olması ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
“Rusiyada şəxsi biznesimin olması ilə bağlı söhbətlər yalandır. Mən biznes bacaran insan deyiləm. Oxumaqdan demək olar ki, başqa heç nə bacarmıram. Hərdən rəssamlıq da edirəm”.
Telegram kanalımız